Nobel Sülh Mükafatının qalibləri məlum olub

Nobel Sülh Mükafatının qalibləri məlum olub Bakı. 5 oktyabr. REPORT.AZ/ Nobel Komitəsi 2018-ci il üzrə Nobel Sülh Mükafatının qaliblərinin adını açıqlayıb.
Digər ölkələr
5 Oktyabr , 2018 13:35
Nobel Sülh Mükafatının qalibləri məlum olub
AFP

Bakı. 5 oktyabr. REPORT.AZ/ Nobel Komitəsi 2018-ci il üzrə Nobel Sülh Mükafatının qaliblərinin adını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, konqolu həkim Deni Mukvege və İraqın yezidi kürd əsilli hüquq müdafiəçisi Nadia Murad Nobel Sülh Mükafatına layiq görülüblər. 

Onlar müharibə və hərbi münaqişələr zamanı cinsi zorakılığa qarşı apardıqları mübarizəyə görə mükafatlandırılıblar.  

Qeyd edək ki, bu il mükafata Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, hüquq müdafiəçisi Amal Kluni namizəd göstərilmişdi. 

Son xəbərlər

Orphus sistemi