Nikolya Sarkozi rüşvət qalmaqalına görə istintaqa cəlb olunub

Nikolya Sarkozi rüşvət qalmaqalına görə istintaqa cəlb olunub Təhqiqatçılar Sarkozinin müəyyən qarşılıq müqabilində bu işdə əli olduğundan şübhələniblər
Digər ölkələr
4 Avqust , 2017 06:53
Nikolya Sarkozi rüşvət qalmaqalına görə istintaqa cəlb olunub

Bakı. 4 avqust. REPORT.AZ/ Fransanın sabiq prezidenti Nikolya Sarkozi FİFA-nın korrupsiya ilə bağlı aparılan istintaqına cəlbo olunacaq. İstintaq Qətərin 2022-ci ildə dünya çempionatının keçirilməsi üçün müraciətinin qalib olması ilə bağlıdır.

İstintaqı aparan təhqiqatçılar materiallarla tanış olarkən Fransanın sabiq prezidenti Nikolya Sarkozinin də müəyyən qarşılıq müqabilində bu işdə əli olduğundan şübhələniblər.

Burada söhbət konkret razılaşmalardan gedir. Məsələn, "Paris Saint-Germain" klubunun Qətərə satılması və ya kommunal xidmətlər göstərən Fransa firmasının Qatari Diar Fondu tərəfindən alınması və s.

Müstəntiqlərin sözlərinə görə, Qətərin müraciətinin qalib olmasında rəsmi Paris aktiv şəkildə iştirak edib. N.Sarkozinin isə burada hansı rol oynadığını bilmək üçün, o, istintaqa cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi