Bakı. 20 fevral. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro ölkəsinə hərbi müdaxilə baş verərsə, dünya xalqlarının onlara kömək edəcəyi qənaətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Tibb Universitetinin məzunları qarşısında çıxışı zamanı bildirib.
“Venesuela hücuma məruz qalarsa, dünya xalqları da ayağa qalxaraq onlara qarşı birgə vuruşacaqlar”, - N.Maduro vurğulayıb.
Bundan əvvəl N.Maduro özünü müvəqqəti prezident elan etmiş Milli Asambleya sədri Xuan Quaidonu ölkədə parlament seçkiləri təyin etməyə çağırmışdı.