Yuxarı

Nikki Heyli: "Suriya hadisələrinin İranda təkrarlanmasına yol vermək olmaz"

Nikki Heyli: "Suriya hadisələrinin İranda təkrarlanmasına yol vermək olmaz"

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının İrandakı etirazlarla bağlı görüşü ərəfəsində bu ölkədə Suriya ssenarisi təhlükəsinin inkişafını bildirib və buna yol verməməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Dünya Suriyada baş verən dəhşətlərin şahidi oldu. Hansılar ki, qanlı rejimin xalqın dinc etiraz haqqını inkar etməsindən başladı. Biz bunun İranda baş verməsinə yol verməməliyik", - deyə Heylinin yayılmış bəyanatında bildirilir.

Heylinin sözlərinə görə, İranda baş verənlər, bu ölkənin xalqı, habelə beynəlxalq sülh və təhlükəsizlik, fundamental insan hüquqları məsələsinə toxunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi