"Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb

"Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb Bakı. 23 avqust. REPORT.AZ/ Nike şirkəti çərşənbə günü Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb. Bu, yerli KİV-in məlumatına görə, şirkətə aid şəxsin irqçi davranışlarından sonra ictimai etirazlar fonunda baş verib.
Digər ölkələr
23 Avqust , 2018 07:13
Nike irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb

Bakı. 23 avqust. REPORT.AZ/ "Nike" şirkəti çərşənbə günü Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb. Bu, yerli KİV-in məlumatına görə, şirkətə aid şəxsin irqçi davranışlarından sonra ictimai etirazlar fonunda baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, bundan əvvəl KİV çimərlik kurortunda çəkilmiş video yayıb. Videoda ağdərili kişi CAR-da irqçi termin hesab olunan təhqiramiz sözlərdən istifadə edir. KİV-in məlumatına görə, bu kişi "Nike"nin marketinq üzrə direktorunun həyat yoldaşıdır.

Şirkət mağazaların bağlanmasına münasibət bildirməkdən imtina edib və videodakı kişinin onların şirkətinə aid olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi