Yuxarı

Nikaraquadakı iğtişaşlarda 2 polis əməkdaşı öldürülüb, onlarla asayiş keşikçisi xəsarət alıb

Nikaraquadakı iğtişaşlarda 2 polis əməkdaşı öldürülüb, onlarla asayiş keşikçisi xəsarət alıb

Bakı. 25 aprel. REPORT.AZ/ Nikaraquada baş verən iğtişaşlarda 2 polis əməkdaşı öldürülüb, 121 asayiş keşikçisi xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Cana 4" məlumat yayıb.

Polisin məlumatına görə, xəsarət alan polis əməkdaşlarından birinin vəziyyəti ağırdır. Ölkədə etiraz aksiyası ötən çərşənbə günündən davam edir. Buna səbəb sosial sığorta islahatı olub. İnsan Haqları üzrə Milli Mərkəzin məlumatına görə, azı 25 nəfər zorakılığın qurbanı olub.

Bazar günü prezident Daniel Orteqa islahatların ləğv edildiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi