Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb

Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb Polislə toqquşmlar zamanı azı 100 nəfər xəsarət alıb
Digər ölkələr
22 Aprel , 2018 06:54
Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb

Bakı. 22 aprel. REPORT.AZ/ Nikaraquada ötən üç gün ərzində polis və ölkədə pensiya sisteminin dəyişdirilməsinə etiraz edənlər arasında baş verən toqquşmalar nəticəsində 10 nəfər ölüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, mitinqlər aprelin 18-də başlanıb.

Ən geniş etirazlar ölkənin paytaxtı Manaquada qeydə alınıb.

Toqquşmalar zamanı azı 100 nəfər xəsarət alıb.

Teleşirkətin məlumatına görə, islahatlar işçilər və işəgötürənlər tərəfindən pensiya haqlarının artırılmasını, eyni zamanda təqaüdçülər üçün ümumi faydaların azaldılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi