Nikaraquada etirazlar zamanı öldürülənlərin sayı 481 nəfərə çatıb

Nikaraquada etirazlar zamanı öldürülənlərin sayı 481 nəfərə çatıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Nikaraquada hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı ölənlərin ümumi sayı 481 nəfərə çatıb.
Digər ölkələr
5 Sentyabr , 2018 03:13
Nikaraquada etirazlar zamanı öldürülənlərin sayı 481 nəfərə çatıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Nikaraquada hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı ölənlərin ümumi sayı 481 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Nikaraquanın İnsan Haqları Assosiasiyası məlumat yayıb.

Amerika Dövlətləri Təşkilatı yanında Amerika Dövlətlərarası İnsan Hüquqları Komissiyasının məlumatına görə, aprelin 18-dən iyulun 30-dək olan ölüm hallarının sayı 317 nəfər təşkil edib. Bunlardan 21-i polis məmurudur. Böhran zamanı həlak olan uşaq və yeniyetmələrin sayı 23 nəfərdir.

"Prensa" portalı qeyd edir ki, insan hüquqları müdafiəçilərinin dəqiqləşdirilmiş məlumatları göstərir ki, 2 sentyabr tarixinə olan məlumata görə, həlak olan 481 nəfərdən 410-u odlu silahla öldürülüb. Təxminən 4 min nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi