​Nigeriyada yaraqlılar kəndi yandıraraq 14 nəfəri qətlə yetiriblər

​Nigeriyada yaraqlılar kəndi yandıraraq 14 nəfəri qətlə yetiriblər "Boko Haram" terrorçuları Kimba kəndinə girərək sakinlərə atəş açmağa başlayıblar
Digər ölkələr
27 Dekabr , 2015 09:29
​Nigeriyada yaraqlılar kəndi yandıraraq 14 nəfəri qətlə yetiriblər

Bakı. 27 dekabr. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində "Boko Haram" terror qruplaşmasının yaraqlılarının hücumu nəticəsində 14 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Kimba kəndinin polis nümayəndəsi Mustafa Karimbe məlumat verib.

"Yaraqlılar 14 nəfəri qətlə yetirdilər və bütün kəndi yandırdılar, daha sonra qaçdılar, bir neçəsi xəsarət aldı",— deyə AFP Karimbenin sözlərini sitat gətirir.

Onun məlumatına görə, cümə günü axşam yaraqlılar motosikletlərdə Kimba kəndinə basqın ediblər, yerli sakinlərə atəş açaraq evləri yandırıblar.

Son xəbərlər

Orphus sistemi