Yuxarı

Nigeriyada xristianlarla müsəlmanların toqquşması zamanı 55 nəfər həlak olub

Nigeriyada xristianlarla müsəlmanların toqquşması zamanı 55 nəfər həlak olub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Nigeriyanın hakimiyyət orqanları ölkənin şimalındakı Kaduna ştatında xristianlarla müsəlmanların toqquşması nəticəsində 55 nəfərin həlak olduğunu bildiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

"Prezident Məhəmməd Buhari Kaduna ştatının Kasuvan-Maqani şəhərində icmalar arasında 55 nəfərin ölümü ilə nəticələnmiş sonuncu zorakılığı pisləyir", - deyə yayılan rəsmi məlumatda bildirilir.

Agentlik qeyd edib ki, qanlı toqquşmalara yerli bazarda xristian və müsəlman malyükləyənlərlə arasında münaqişə səbəb olub.

Yerli sakinlərin sözlərinə görə, qarışıqlıqlar cümə axşamı başlayıb. Həmin vaxt iki nəfər həlak olub. Polisin hadisələrə operativ müdaxiləsi böyük sayda insan tələfatının qarşısını almağa kömək edib. Lakin həmin gecə Adara etnik qrupundan olan gənc xristianlar dəstə halında toplaşaraq müsəlmanların bir neçə evini yandırıblar. Bundan sona iki icma arasındakı qarşıdurmalar yenidən güclənib.

Cümə günündən başlayaraq ştatın rəhbərliyi tərəfindən şəhərdə komendant saatı elan edilib. Kaduna ştatının polis rəisi Əhməd Abdur-Rəhman talanlarla bağlı 22 nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib.

Qeyd edək ki, ölkədə terror qruplaşması da fəaliyyət göstərir. Daha əvvəl Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi