Bakı. 19 mart. REPORT.AZ/ Nigeriyada terror aktı baş verib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Borno ştatının kəndində qeydə alınıb. Məlumata görə, silahlıların bombanı işə salması nəticəsində azı 4 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
Polis hadisənin "Boko Haram" qruplaşmasının silahlıları tərəfindən həyata keçirildiyini bildirib.