Nigeriyada silahlıların hücumu nəticəsində 20-dən çox adam ölüb

Nigeriyada silahlıların hücumu nəticəsində 20-dən çox adam ölüb Yerli sakinlər bu cinayətdə, habelə bir həftə əvvəl baş vermiş hücumda köçərilərdən şübhələnirlər
Digər ölkələr
21 Mart , 2017 16:49
Nigeriyada silahlıların hücumu nəticəsində 20-dən çox adam ölüb
Courtesy İmage

Bakı. 21 mart. REPORT.AZ/ Nigeriyada silahlıların hücumu nəticəsində azı 17 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" yerli qubernatorun məsləhətçisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi, axşam saatlarında, ölkənin cənubunda, Benue ştatında baş verib. Kəndinin ağsaqqalı İverem Piters agentliyə bildirib ki, hücum nəticəsində 20-dən çox adam ölüb. Onun sözlərinə görə, silahlı şəxslər avtomobillə və motosikletlərlə kəndə soxularaq yerli sakinlərə atəş açıb, evləri yandırıblar. 

Yerli sakinlər bu cinayətdə, habelə bir həftə əvvəl baş vermiş hücumda köçərilərdən şübhələnirlər. Son iki il ərzində Benua ştatında baş vermiş belə toqquşmalar nəticəsində 300-dən çox adam həlak olub.

Son xəbərlər

Orphus sistemi