Nigeriyada silahlılar köçkün düşərgəsinə hücum edib: 30 ölü

Nigeriyada silahlılar köçkün düşərgəsinə hücum edib: 30 ölü Plato ştatının qubernatoru Simon Lalonq təhlükəsizlik xidmətinin iclasını çağırıb
Digər ölkələr
17 Oktyabr , 2017 08:05
Nigeriyada silahlılar köçkün düşərgəsinə hücum edib: 30 ölü

Bakı. 17 oktyabr. REPORT.AZ/ Nigeriyanın mərkəzi hissəsində köçkün düşərgəsinə silahlı hücum nəticəsində 30 dinc sakin həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Channel Television" xəbər verib.

Xəbərdə qeyd olunur ki, hadisə Plato ştatında, yerli məktəb binasında baş verib. İnsident zamanı təhlükəsizlik xidmətlərinin əməkdaşları da binada olub. Lakin onlar cinayətkarlara mane ola bilməyiblər.

Plato ştatının qubernatoru Simon Lalonq hücumla bağlı təhlükəsizlik xidmətləri rəhbərlərinin, həmçinin arasıkəsilməz hücumların və təhlükəsizlik problemlərinin mümkün həllinin müzakirəsi üçün digər hökumət məmurlarının iclasını çağırıb.  

Son xəbərlər

Orphus sistemi