Nigeriyada silahlı şəxslərin kəndə hücumu zamanı onlarla insan öldürülüb

Nigeriyada silahlı şəxslərin kəndə hücumu zamanı onlarla insan öldürülüb Bakı. 25 aprel. REPORT.AZ/ Silahlı şəxslər Nigeriyanın cənub-şərqindəki Benue ştatının kəndlərindən birinə hücum edib.
Digər ölkələr
25 Aprel , 2018 01:54
Nigeriyada silahlı şəxslərin kəndə hücumu zamanı onlarla insan öldürülüb

Bakı. 25 aprel. REPORT.AZ/ Silahlı şəxslər Nigeriyanın cənub-şərqindəki Benue ştatının kəndlərindən birinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Daily Post Nigeria" nəşri xəbər verib.

Məlumata görə, hadisə nəticəsində 35 nəfər öldürülüb. Öldürülənlər arasında katolik kilsəsinin iki keşişi və ziyarətçiləri də var.

Bundan əlavə, silahlı şəxslər kənddə bir neçə evi də yandırıblar.

Son xəbərlər

Orphus sistemi