Yuxarı

Son iki gündə Nigeriyada 43 nəfər öldürülüb

Nigeriyada qaramal oğruları 43 nəfəri öldürüb

Son iki gündə Nigeriyada silahlı qruplaşmaların kəndlərə hücumu nəticəsində azı 43 nəfər ölüb.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bunu Sokoto əyalətinin polis idarəsinin sözçüsü İbrahim Kaodze bildirib.

Onun sözlərinə görə, birinci hücum iyunun 9-da Sokoto şəhərindən 100 km aralıda yerləşən 4 kəndə edilib. Bu hücum nəticəsində 25 sakin öldürülüb. Bu əyalətin kəndinə edilən ikinci hücum nəticəsində isə 18 nəfər qətlə yetirilib.

Bildirilib ki, basqınçılar qaramal oğrularıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi