Nigeriyada partlayış qurbanlarının sayı 50 nəfəri ötüb

Nigeriyada partlayış qurbanlarının sayı 50 nəfəri ötüb Terrorçu-kamikadze özünü Qamboru mal-qara bazarında partladıb
Digər ölkələr
2 İyun , 2015 20:39
Nigeriyada partlayış qurbanlarının sayı 50 nəfəri ötüb

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Nigeriyada 50-dən çox adamın ölümünə səbəb olan partlayışı "Boko Haram" ekstremist qruplaşmasının silahlıları həyata keçirib. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Afrikanın "News 24" agentliyi məlumat yayıb. 

Partlayın ölkənin şimal-şərqində yerləşən Мayduquri şəhərinin bazarında törədilib. Terrorçu-kamikadze özünü Qamboru mal-qara bazarında partladıb.

Xatırladaq ki, "Boko Haram" tərəfindən ötən həftənin sonunda törədilən terror aktında da 30 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi