Yuxarı

Nigeriyada neft şirkətinin 10 əməkdaşı oğurlanıb

Nigeriyada neft şirkətinin 10 əməkdaşı oğurlanıb
Törədilən cinayətlə bağlı araşdırma aparılır

Bakı. 26 iyul. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində neft şirkətinin 10 əməkdaşı oğurlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin Mayduquri şəhərindəki universitetin ərazisində olub.

Məlumata görə, törədilən cinayətlə bağlı araşdırma aparılır.

Mayduquridə terrorçu-kamikadze tərəfindən partlayış da törədilib. Partlayış nəticəsində azı 3 nəfər ölüb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, partlayışı “Boko-Haram” adlı terrorçu qruplaşma törədib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi