Nigeriyada kilsənin uçması nəticəsində 200 nəfərin həlak olduğu güman edilir - YENİLƏNİB

Nigeriyada kilsənin uçması nəticəsində 200 nəfərin həlak olduğu güman edilir - YENİLƏNİB Ölənlərin sayı arta bilər
Digər ölkələr
11 Dekabr , 2016 07:31
Nigeriyada kilsənin uçması nəticəsində 200 nəfərin həlak olduğu güman edilir - YENİLƏNİB

Bakı. 11 dekabr. REPORT.AZ/ Nigeriyanın cənubundakı Uyo şəhərində kilsənin uçması nəticəsində 200 nəfərin həlak olduğu güman edilir.

"Report" xəbər verir ki, bu barədə "France Presse" yerli KİV-ə istinadən məlumat yayıb. 

Yerli mətbuatın məlumatında bildirilir ki, insidentin qurbanlarının sayı 50 nəfərdən 200 nəfərədək arta bilər. Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 60 nəfərin öldüyü qeyd edilirdi.



***04:51

Nigeriyanın cənubunda kilsənin uçması nəticəsində 60 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" xəbər verib.

Sakinlərin sözlərinə görə, Akva-İbom ştatında tikilmiş kilsənin inşaatçıları onu yeni baş keşişin təyinatı mərasimini keçirmək üçün qısa zamanda istismara verməyə tələsiblər. Kilsənin uçması zamanı onun içində ştatın qubernatoru Udom Emmanuel də daxil olmaqla 100-dən çox insan olub. Lakin qubernator özü zərər çəkməyib.

Dağıntılar altında həlak olmuş 60 nəfərin cəsədi aşkar edilib. Məlumata görə, ölənlərin sayı arta bilər.

Qubernatorun nümayəndəsi bildirib ki, tikinti zamanı baş vermiş pozuntuların araşdırılması üçün yoxlama keçiriləcək.

Son xəbərlər

Orphus sistemi