​Nigeriyada həbsxanaya silahlı hücum nəticəsində 270 dustaq qaçıb

​Nigeriyada həbsxanaya silahlı hücum nəticəsində 270 dustaq qaçıb Hələ ki, heç kim insidentə görə məsuliyyəti öz üzərinə götürməyib
Digər ölkələr
7 Dekabr , 2014 23:11
​Nigeriyada həbsxanaya silahlı hücum nəticəsində 270 dustaq qaçıb
Bakı. 7 dekabr. REPORT.AZ/ Nigeriyada naməlum şəxslər ölkənin mərkəzində yerləşən Tunqa şəhər həbsxanasına silahlı hücum ediblər.

"Report" xəbər verir ki, yerli polis məlumatı təsdiq edib, lakin hadisə nəticəsində neçə nəfər dustağın qaça bildiyini bildirməyib.

Məlumata əsasən, həbsxanada olan 270 məhbusdan yalnız 53 nəfəri qalıb.

Hələ ki, heç kim insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi