​Nigeriyada daha bir şəhər yaraqlılar tərəfindən ələ keçirilib

​Nigeriyada daha bir şəhər yaraqlılar tərəfindən ələ keçirilib "Monquno təslim oldu", - deyə məlumat verilib
Digər ölkələr
25 Yanvar , 2015 20:43
​Nigeriyada daha bir şəhər yaraqlılar tərəfindən ələ keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ "Boko Haram" terror qruplaşmasının yaraqlıları Nigeriyanın hökumət qüvvələri ilə qızğın silahlı toqquşmadan sonra ölkənin şimal-şərqində yerləşən Monquno şəhərini ələ keçiriblər.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın yüksək vəzifəli hərbçisi məlumat verib.

"Monquno təslim oldu", - deyə o bildirib.

Şəhərin əhalisi 100 min nəfərdən ibarətdir.

Bundan əvvəl isə Nigeriya hərbçilərinin Mayduquri şəhərində terrorçuların hücumunu dəf etdiyi məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi