Yuxarı

Nigerdə "Boko Haram"ın 57 silahlısı məhv edilib

Nigerdə "Boko Haram"ın 57 silahlısı məhv edilib
Silahlıların məhv edilməsi onların ölkənin cənub-şərqindəki kəndə hücumundan sonra başlayıb
© Courtesy İmage

Bakı. 11 aprel. REPORT.AZ/ Nigerin təhlükəsizlik qüvvələri "Boko Haram"ın 57 silahlısını məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko Haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.

Qeyd edək ki, "Boko Haram" silahlıları 2009-cu ildən Çad gölü hövzəsindəki ölkələrdə 20 mindən çox insanı qətlə yetirib. Onların hücumları nəticəsində 2,6 milyondan çox insan qaçqın düşüb. 

Hüquq-müdafiəçilərinin sözlərinə görə, ekstremistlər on minlərlə insanı, o cümlədən 10 min gənci və minlərlə qadını oğurlayıblar. Silahlılar bunün üçün girovlardan terrorçu-kamikadze kimi istifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi