​Nigeriyada 61 nəfər terrorçuların əsirliyindən azad edilib

​Nigeriyada 61 nəfər terrorçuların əsirliyindən azad edilib Hökumət qüvvələri "Boko haram"a qarşı əməliyyat keçiriblər
Digər ölkələr
13 Noyabr , 2015 03:46
​Nigeriyada 61 nəfər terrorçuların əsirliyindən azad edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Nigeriyanın hökumət qüvvələri ölkənin şimal-şərqində "Boko haram" terror qruplaşmasının əsirliyində olan, əsasən qadın və uşaqlardan ibarət 61 nəfəri azad edib.

"Report" xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin rəsmi bəyanatında bildirilir.

Məlumata görə, qoşunlar Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ekstremistlərin baza və düşərgəsinin yerləşdiyi Bitta və Damboa yaşayış məntəqələri yaxınlığında əməliyyat aparıblar. Əməliyyat zamanı ən azı 4 terrorçu məhv edilib. Azad olunan dinc vətəndaşlar təhlükəsiz yerə təxliyə olunublar.

Son xəbərlər

Orphus sistemi