Nigeriyada 35 nəfər vəbanın qurbanı olub

Nigeriyada 35 nəfər vəbanın qurbanı olub Vəbaya yoluxma ehtimalı olanların sayı 1283 nəfərdir
Digər ölkələr
13 Sentyabr , 2017 04:43
Nigeriyada 35 nəfər vəbanın qurbanı olub

Bakı. 13 sentyabr. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində 35 nəfər vəbanın qurbanı olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli səhiyyənin işçiləri məlumat yayıblar.

"Ölüm hallarının sayı 35-ə çatıb, vəbaya yoluxma ehtimalı olanların ümumi sayı isə 1283 nəfərdir", - deyə Borno ştatının Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

Vəbaya ən çox yoluxma və ölüm halları paytaxtın Borno Mayduquri şəhəri ətrafındakı Muna Qaraj düşərgəsindədir. Orada "Boko haram" radikal islamçı təşkilatı ilə münaqişə zonasını tərk etmiş 20000-ə yaxın insan yaşayır.

Bu düşərgədə insanlar humanitar köməyə və ictimai su quyularına güvənərək yaşayırlar.

Daha əvvəl bu düşərgədə artıq 775 infeksiyaya yoluxma və xəstəlikdən üç ölüm barədə bildirilirdi.

Son xəbərlər

Orphus sistemi