Yuxarı

Nigeriyada 29 nəfər Lassa qızdırmasından ölüb

​Nigeriyada 29 nəfər Lassa qızdırmasından ölüb

Nigeriyada bir ay ərzində azı 29 nəfər Lassa qızdırmasından dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə “Nation” nəşri ölkənin Xəstəliklərə Nəzarət Mərkəzinə istinadən xəbər verib.

Qeyd olunub ki, artıq 11 ştatda 195 nəfərin Lassa qızdırmasına yoluxduğu təsdiq edilib

Xatırladaq ki, Lassa qızdırması tənəffüs sistemini, böyrəkləri, mərkəzi sinir sistemini zədələyən yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcısı Afrika siçovullarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi