Nigeriyada 10 yaşlı qızın özünü partlatması nəticəsində 19 nəfər ölüb

Nigeriyada 10 yaşlı qızın özünü partlatması nəticəsində 19 nəfər ölüb Partlayış nəticəsində BQXK-nın nümayəndələri də həlak olub
Digər ölkələr
10 Yanvar , 2015 18:26
Nigeriyada 10 yaşlı qızın özünü partlatması nəticəsində 19 nəfər ölüb
Bakı. 10 yanvar. REPORT.AZ/ Nigeriyada 10 yaşlı kamikadze qızın üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 19 nəfər həlak olub.

“Report” xəbər verir ki, terror aktı nəticəsində daha 18 nəfər yaralanıb.

Partlayış nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin və yerli sakinlərin öldüyü bildirilir.

Terror aktı insanların çox olduğu bazarda törədilib. Hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi