Nigeriya Prezidenti ölümü və oxşarı ilə əvəzlənməsi barədə məlumatları təkzib edib - VİDEO

Nigeriya Prezidenti ölümü və oxşarı ilə əvəzlənməsi barədə məlumatları təkzib edib - VİDEO Bakı. 3 dekabr. REPORT.AZ/ Nigeriya Prezidenti Məhəmməd Buxari öldüyü və onun əvəzinə Sudandan oxşarının gətirildiyi barədə yayılan şayiələri təkzib edib.
Digər ölkələr
3 Dekabr , 2018 10:54
Nigeriya Prezidenti ölümü və oxşarı ilə əvəzlənməsi barədə məlumatları təkzib edib - VİDEO

Bakı. 3 dekabr. REPORT.AZ/ Nigeriya Prezidenti Məhəmməd Buxari öldüyü və onun əvəzinə Sudandan oxşarının gətirildiyi barədə yayılan şayiələri təkzib edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Bu, həqiqətən mənəm, sizi əmin edirəm. Tezliklə 76 yaşımı qeyd edəcəyəm və güclü olmağa davam edəcəyəm", - M.Buxari Polşada yaşayan həmvətənlər ilə görüşdə deyib.

O, sağlamlıq problemi yarandığı dövrdə çoxlarının onun ölümünü istədiyini bildirib.

"Bəzi insanlar hətta vitse-prezidentlə əlaqə saxlayaraq namizədliyini irəli sürmüşdü. Çünki məni ölmüş hesab edirdilər", - dövlət başçısı bildirib.

Qeyd edək ki, 2017-ci ildə M.Buxari Böyük Britaniyada beş aylıq müalicə kursu keçib, onun sağlamlığı ilə bağlı problemləri barədə ətraflı məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi