Bakı. 25 mart. REPORT.AZ/ Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqində "Boko Haram" islamçı qruplaşması tərəfindən əsir götürülmüş 800-dən çox insanı xilas edib.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı ordunun mətbuat katibi Sani Üsman yayıb.
Bütün əsirlər Borno ştatında xilas edilib.
"
Əməliyyat yaraqlıların qonşu Adamava ştatında 16 qadını qaçırdıqları gün keçirilib.