Nigeriya ordusu 149 nəfəri "Boko Haram"ın girovluğundan azad edib

Nigeriya ordusu 149 nəfəri "Boko Haram"ın girovluğundan azad edib Bakı. 9 aprel. REPORT.AZ/ Nigeriya ordusu Boko Haram radikal qruplaşmasına qarşı əməliyyatın gedişatında 149 nəfərin girovluqdan azad edildiyini xəbər verib.
Digər ölkələr
9 Aprel , 2018 01:43
Nigeriya ordusu 149 nəfəri Boko Haramın girovluğundan azad edib

Bakı. 9 aprel. REPORT.AZ/ Nigeriya ordusu "Boko Haram" radikal qruplaşmasına qarşı əməliyyatın gedişatında 149 nəfərin girovluqdan azad edildiyini xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "Premium Times" məlumat yayıb.

Nəşrin xəbərinə görə, ordu 54 qadını və 95 uşağı girovluqdan azad edib. Onlara zəruri tibbi yardım göstərilib.

Hərbçilər əməliyyatın gedişində 3 silahlını zərərsizləşdirib, daha 5 nəfər yaxalanıb.

Daha əvvəl bildirilirdi ki, silahlıların girovluğundan azad edilmiş 105 məktəbli ailələrinə qayıdıblar. Fevralda məlum olmuşdu ki, silahlılar Yobe ştatında 100-dən çox məktəblini oğurlayıblar.

Son xəbərlər

Orphus sistemi