Nigeriya kütləvi məzarlıqda ən azı 70 cəsəd tapılıb

Nigeriya kütləvi məzarlıqda ən azı 70 cəsəd tapılıb Niger və Çad hissələri Damasaka ötən şənbə günü yeridilib
Digər ölkələr
21 Mart , 2015 22:42
Nigeriya kütləvi məzarlıqda ən azı 70 cəsəd tapılıb

Bakı. 21 mart. REPORT.AZ/ Boko Haram qruplaşmasından geri alınmış Nigeriyanın Damasak şəhərinə daxil olan Niger və Çad ordusu şəhər yaxınlığındakı kütləvi məzarlıqda 70-dən artıq cəsədin aşkar olunduğunu bildirib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, səhra havasının təsiri ilə cəsədlərin əksəriyyəti artıq qurumuş vəziyyətdə olub, bu da onu deməyə əsas verir ki, cinayətlər xeyli müddət əvvəl baş verib.

Körpünin altındakı kütləvi məzarlıqda tapılan cəsədlərin bəziləri isə başsız olub.

Xatırladaq ki, Niger və Çad hissələri Damasaka ötən şənbə günü yeridilib. Boko Haram silahlıları Niger sərhədi yaxınlığında yerləşən bu şəhəri 2014-cü ilin noyabr ayında nəzarət altına alıblar.

Təhlükəsizlik səbəblərinə görə fevralda keçəcək prezident seçkiləri təxirə salınaraq martın 28-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi