Nigeriya hərbçiləri müsəlman nümayişçilərə atəş açıblar, ölənlər var

Nigeriya hərbçiləri müsəlman nümayişçilərə atəş açıblar, ölənlər var Bakı. 30 oktyabr. REPORT.AZ/ Nigeriya hərbçiləri dini liderlərinin azad olunması tələbi ilə nümayişə çıxan şiə müsəlmanlara atəş açıb.
Digər ölkələr
30 Oktyabr , 2018 00:44
Nigeriya hərbçiləri müsəlman nümayişçilərə atəş açıblar, ölənlər var

Bakı. 30 oktyabr. REPORT.AZ/ Nigeriya hərbçiləri dini liderlərinin azad olunması tələbi ilə nümayişə çıxan şiə müsəlmanlara atəş açıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, "Nigeriya İslam Hərəkatı"nın (IMN) yüzlərlə tərəfdaşı 2015-ci ildə həbs edilən İbrahim Zəkzəkinin azad edilməsi uğrunda yürüşdə iştirak ediblər. Yürüş bazar ertəsi Abuca şəhərində baş tutub.

Agentlik insident nəticəsində ölənlərin olduğunu ehtimal edir.

Eyni zamanda IMN nümayəndələri AFP-yə atəş nəticəsində ölənlərin olduğunu bildiriblər.

"Dəqiq ölənlər var. Biz yürüşə silah götürmürük, yolları bağlamırıq…təhlükəsizlik xidmətinin döyüşçüləri bizim qanımızı tökmək qərarına gəldilər", - deyə hərəkatın rəsmi nümayəndəsi İbrahim Musa vəziyyəti agentliyə şərh edib.

Bundan əvvəl Nigeriyada xristianlarla müsəlmanların toqquşması zamanı 55 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi