​Nigeriya: "Boko haram" gücünü itirir və kömək istəyir

​Nigeriya: "Boko haram" gücünü itirir və kömək istəyir Hücumlar zamanı çoxlu sayda terrorçu öldürülüb
Digər ölkələr
9 Mart , 2015 01:12
​Nigeriya: Boko haram gücünü itirir və kömək istəyir

Bakı. 9 mart. REPORT.AZ/ "Boko haram" qruplaşmasının "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına sədaqət andı içməsi Nigeriya terrorçularının çətinlik çəkdiyini göstərir".

"Report" xəbər verir ki, bu barədə Nigeriya hökumətinin bəyanatında bildirilir.

Rəhbərliyin mətbuat katibi Mayk Ömeri bildirib ki, Nigeriya və regional silahlı qüvvələrin hücumları zamanı çoxlu sayda "Boko haram" silahlısı öldürülüb, bu səbəbdən qruplaşmanın döyüş potensialı aşağı düşüb.

Ötən gün "Boko haram"ın Twitter səhifəsinə terrorçuların lideri Əbubəkr Şekaunun səsini xatırladan şəxsin İŞİD-lə birləşdiklərini elan etməsi barədə audioyazı yerləşdirilib.

Ömerinin sözlərinə görə, bu, terrorçuların kömək istəməsi cəhdidir.

Son xəbərlər

Orphus sistemi