Nigerdə pusquya düşərək öldürülən əsgərlərin sayı 29 nəfərə çatıb

Nigerdə pusquya düşərək öldürülən əsgərlərin sayı 29 nəfərə çatıb Niger ordusunun Mali ilə sərhəddə pusquya düşərək öldürülən əsgərlərinin sayı 29-a çatıb.
Digər ölkələr
16 May , 2019 04:50
Nigerdə pusquya düşərək öldürülən əsgərlərin sayı 29 nəfərə çatıb

Niger ordusunun Mali ilə sərhəddə pusquya düşərək öldürülən əsgərlərinin sayı 29-a çatıb.

"Report"un məlumatına görə, bu barədə təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yerli "ActuNiger" portalı bildirib.

Qeyd edilir ki, öldürülənlərin sayı arta bilər.

Daha əvvəl Niger hökumətinin nümayəndəsi bildirib ki, hücum ölkənin cənub-qərbindəki Tillaberi regionunda, Tonqa-Tonqa şəhəri yaxınlığıında olub. Pusquya 52 əsgər düşüb. Onlardan yalnız 22-i iki saatlıq döyüşdən sonra bazaya qayıtmağa nail olub.

Daha əvvəl bildirilirdi ki, hücum zamanı 17 əsgər həlak olub, 10-dan çox hərbi qulluqçu itkin düşüb.

Son xəbərlər

Orphus sistemi