Yuxarı

Niderlandın imtinasından sonra Türkiyə XİN rəhbərinin təyyarəsi Fransada eniş edib

Çavuşoğlu yerli türk assosiasiyasının mitinqində çıxış edəcək

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsi Niderland ərazisinə buraxılmadıqdan sonra Fransanın Mets şəhər aeroportunda eniş edib.

“Report” xəbər verir ki, bu barədə şənbə günü axşam AFP məlumat yayıb.

Çavuşoğlu Fransada türk assosiasiyasının dəvəti ilə mitinqdə çıxış edəcək.

"Görüş Mets şəhərinin konqres sarayında keçiriləcək. Zal yerli türk assosiasiyası tərəfindən icarəyə götürülüb, təhlükəsizliyə görə isə Mozelya prefekturası cavabdeh olacaq", - deyə Fransa hökumətinin nümayəndəsi bildirib.

Bundan əvvəl Türkiyə XİN rəhbərini aparan təyyarənin Hollandiyanın Rotterdam şəhərinə eniş etməsinə icazə verilməmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi