Bakı. 07 Avqust. REPORT.AZ/ Niderlandın Alfen-an-de-Reyn şəhərində qaldırıcı kran aşıb. Hadisənin başvermə anı müşahidə kamerasına düşüb.
"Report" xəbər verir ki, bu barədə "Mediaİnfo" internet nəşri məlumat yayıb.
Kadrlarda insanların təşviş içərisində qaçdığı aydın görünür. Qəza nəticəsində 20 nəfər yaralanıb, ölən olmayıb.