Yuxarı

Niderlandda atışma nəticəsində 2 uşaq yaralanıb

​Niderlandda atışma nəticəsində 2 uşaq yaralanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Niderlandın Brabant əyalətinin Helmond şəhərində naməlum şəxsin maşına atəş açması nəticəsində 15 və 2 yaşlı qız yaralanıb.

"Report" "NL Times" nəşrinə istinadən xəbər verir ki, böyük qız əlindən, kiçik isə ayağından güllə yarası alıb.

Hadisədən sonra şübhəli şəxslər avtomobillə ərazidən uzaqlaşıblar.

Sonradan polis onlardan birini yaxalayıb. Hadisənin istintaqı davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi