Niderland krallığında parlament seçkiləri başlayıb

Niderland krallığında parlament seçkiləri başlayıb Seçkidən əvvəl keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Gert Vildersin partiyası liderdir
Digər ölkələr
15 Mart , 2017 10:59
Niderland krallığında parlament seçkiləri başlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Niderland krallığında parlament seçkiləri başlayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, parlamentdəki 150 yer uğurunda 28 siyasi partiya mübarizə aparır.

İnformasiyaya əsasən, əsas rəqabətin sağ liberal yönlü, hazırkı baş nazir Mark Rüttenin “Azadlıq və Demokratiya uğrunda Xalq Partiyası” ilə Gert Vildersin ifrat sağ yönlü “Azadlıq Partiyası” arasında olacağı gözlənilir.

Siyasi müşahidəçilərin fikrincə, səsvermə ölkə vətəndaşlarının milliyyətçi hissinin yoxlanması və populizmin Niderlandda möhkəmlənməsinin göstəricisi olacaq.

Məlumata görə, seçkidən əvvəl keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Vildersin partiyası liderdir. 

Son xəbərlər

Orphus sistemi