Niderland baş nazirinin partiyası parlament seçkilərində liderlik edir

Niderland baş nazirinin partiyası parlament seçkilərində liderlik edir Seçicilərin səsvermədə iştirakı 81 faiz təşkil edir
Digər ölkələr
16 Mart , 2017 07:55
Niderland baş nazirinin partiyası parlament seçkilərində liderlik edir

Bakı. 16 mart. REPORT.AZ/ Niderlandın baş naziri Mark Rüttenin rəhbərlik etdiyi sağ-liberal "Azadlıq və Demokratiya Naminə Xalq Partiya"sı (VVD) səslərin 54 faizinin hesablanmasından sonra parlament seçkilərində liderlik edir.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, partiya parlamentdə mövcud 150 yerdən 32-sini əldə edəcək.

Seçicilərin səsvermədə iştirakı 81 faiz təşkil edir.

Niderland parlamentinin qanunvericilik təşəbbüsləri və düzəlişlərin edilməsi hüququna malik olan Aşağı Palatası 150 yerdən ibarətdir və bura seçkilər 4 ildən bir keçirilir.

Son xəbərlər

Orphus sistemi