New York Times: rusiyalı hakerlər Obamanın yazışmasını ələ keçiriblər

New York Times: rusiyalı hakerlər Obamanın yazışmasını ələ keçiriblər Elektron poçtda Obamanın iş cədvəli, onun diplomatlarla yazışması, təyinatlar, qanun layihələri və siyasət mövzusunda müzakirələr ola bilərdi
Digər ölkələr
26 Aprel , 2015 18:04
New York Times: rusiyalı hakerlər Obamanın yazışmasını ələ keçiriblər

Bakı. 23 aprel. REPORT.AZ/ New York Times qəzetinin iddiasına görə, Ağ Evin kompüter sisteminə hücum etmiş rusiyalı hakerlər Barak Obamanın elektron poçtunun məxviləşdirilməmiş hissəsini yararaq elektron məktublarını ələ keçirə biliblər.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Ağ Ev rəsmilərinin təbirincə, hakerlərin ələ keçirdiyi Obamanın elektron məktublarından heç bir məxvi informasiya daşımayıb, lakin onların əldə etdiyi elektron poçtda Obamanın iş cədvəli, onun diplomatlarla yazışması, təyinatlar, qanun layihələri və siyasət mövzusunda müzakirələr ola bilərdi.

Qəzetin yazdığına görə, ABŞ administrasiyasının yüksəkrütbəli məmurlarının kabinetində adətən iki kompüter olur - biri məxvi yazışma üçün, ikincisi isə gündəlik adi qeyri-məxvi yazışmalar üçün.

Nəşr qeyd edir ki, hətta məxvi sayılmayan yazışmada hakerlər üçün olduqca mühüm informasiya ola bilər.

Son xəbərlər

Orphus sistemi