​"New York Daily News": ABŞ-da İŞİD-in 71 silahlısı var

​"New York Daily News": ABŞ-da İŞİD-in 71 silahlısı var Qruplaşma liderləri terrorçuların yerləşdiyi 5 ştatın adını açıqlayıb
Digər ölkələr
6 May , 2015 11:14
​New York Daily News: ABŞ-da İŞİD-in 71 silahlısı var

Bakı. 6 may. REPORT.AZ/ İŞİD qruplaşmasının liderləri ABŞ ərazisində 71 silahlısının olduğunu bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda "New York Daily News" qəzeti yazıb.

Qəzetin yazdığına görə, hazırlıqlı İŞİD silahlıları ABŞ-ın 15 şəhərinə yerləşdirilərək, hücum üçün liderlərinin əmrini gözləyirlər. Məlumatda bildirilib ki, İŞİD liderləri silahlıların yerləşdiyi 5 ştatın adını çəkib. Bunlar Virginiya, Merilend, İllinoys, Miçiqan və Kaliforniya ştatlarıdır. 

Xatırladaq ki, həftənin əvvəlində Texasda Məhəmməd Peyğəmbərin karikaturalarının nümayiş etdirildiyi sərgisinin atəşə tutulmasının məsuliyyətini İŞİD öz üzərinə götürüb. Atışma nəticəsində iki nəfər ölüb, bir mühafizəçi isə yaralanıb.  

Son xəbərlər

Orphus sistemi