Yuxarı

Netanyahunun şəxsi aşpazı Yaponiya baş nazirini təhqir edib - FOTO

Netanyahunun şəxsi aşpazı Yaponiya baş nazirini təhqir edib - FOTO
Moşe Seqevanın yeməyi təqdimetmə forması İsrail və Yaponiya diplomatlarını şoka salıb

Bakı. 8 may. REPORT.AZ/ İsrailə rəsmi səfərə gələn Yaponiyanın Baş naziri Sindzo Abe İsrail tərəfdən inciyib.

"Report" "The Jerusalem Post"a istinadən xəbər verir ki, buna səbəb İsrailin Baş naziri Binyamin Netanyahu ilə nahar zamanı onun şəxsi aşpazının qonağa deserti metal ayaqqabıda təqdim etməsi olub.

Nəşrin yazdığına görə, Netanyahunun şəxsi aşpazı Moşe Seqevanın yeməyi təqdimetmə forması İsrail və Yaponiya diplomatlarını şoka salıb.

"Yaponiya mədəniyyətində ayaqqabıdan daha mənfur heç nə yoxdur. Yaponlar ayaqqabı ilə nəinki evə, heç ofisə də daxil olmurlar. Hətta baş nazir, nazirlər və parlament üzvləri də iş zamanı ayaqqabı geyinmirlər... Bu, yəhudi qonaqlara donuz formasında olan nəlbəkidə şokoladlı konfet verməyə bənzəyir", - İsrail səfirliyinin yüksək vəzifəli məmurlarından biri bildirib.

Yaponiyalı diplomatlardan biri isə əlavə edib ki, əgər bu, zarafat idisə, heç də gülməli olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi