İsrailin Baş naziri ABŞ-a səfərini yarıda dayandırıb

İsrailin Baş naziri ABŞ-a səfərini yarıda dayandırıb İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb.
Digər ölkələr
25 Mart , 2019 10:54
İsrailin Baş naziri ABŞ-a səfərini yarıda dayandırıb

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb. 

“Report” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu hökumət başçısı özü bildirib.

“Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerində rəhbərlik edəcəm”, - B.Netanyahu vurğulayıb.

O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib. 

İsrailin hökuməti başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi. 

Xatırladaq ki, martın 25-də səhər saatlarında Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə 6 nəfər yaralanıb

Son xəbərlər

Orphus sistemi