Yuxarı

Netanyahu: "İsrail İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə edib" - VİDEO

İran 2015-ci ildə yalan danışaraq, IAEA-da sövdələşmənin tələb etdiyi kimi hər şeyi etiraf etməyib

Bakı. 1 may. REPORT.AZ/ İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

O, ifşaedici bəyanat ilə 3 il əvvəl İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalara yenidən baxılmasına dair beynəlxalq müzakirələrin qızğın vaxtında yerli televiziyanın canlı yayımında çıxış edib.

"Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığı yalan deyib", - Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı İranda "Əhməd" adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla yarımton material əldə edib.

Netanyahu İranı nüvə barədə sövdələşmədən sonra "hərbi nüvə "know how"sunu saxlamaq və genişləndirməkdə" ittiham edib.

"İran 2015-ci ildə yalan danışaraq, IAEA-da sövdələşmənin tələb etdiyi kimi hər şeyi etiraf etməyib. İran sövdələşməsi, nüvə sövdələşməsi yalana, İran yalanına və hiyləsinə əsaslanır", - deyə baş nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi