​Nepalda zəlzələdən 8 gün sonra 3 nəfər xilas edilib

​Nepalda zəlzələdən 8 gün sonra 3 nəfər xilas edilib Onlardan birinin 101 yaşı var
Digər ölkələr
3 May , 2015 18:24
​Nepalda zəlzələdən 8 gün sonra 3 nəfər xilas edilib

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Nepalın Siauli kəndində ölkədə baş verən 7,9 bal gücündə zəlzələdən 8 gün sonra üç nəfər dağıntılar altından sağ çıxıb.

"Report" NDTV telekanalına istinadən xəbər verir ki, yaralılar hərbi hospitala aparılıblar. Onlardan birinin 101 yaşı var.

Nepalda zəlzələ aprelin 25-də baş verib. Təbii fəlakət nəticəsində 7 mindən çox insan ölüb, 14 min nəfər yaralanıb. Həmçinin 140 min yaşayış evi dağılıb, daha 140 mindən artıq tikiliyə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi