Bakı. 12 mart.
Bu barədə "Report" yerli KİV-lərə istinadən xəbər verir.
Bütün yaralılar xəstəxanaya çatdırılıb.
***13:41
Banqladeşə məxsus "Bombardier Dash 8 Q400" sərnişin təyyarəsi Nepalın paytaxtı Katmandunun hava limanında qəzaya uğrayıb.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Hazırda tüstüyə bürünmüş təyyarədə olan sərnişinlərin sayı məlum deyil.
Yanğınsöndürənlər briqadası yerə düşərək tüstülənən təyyarəni söndürməyə çalışır.
Məlumata görə, "Bombardier Dash 8 Q400" tipli təyyarələr 78-dək sərnişin tutumuna malikdir.