Bakı. 19 sentyabr. REPORT.AZ/ Nepalın mərkəzində avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 37 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu haqda "Xinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, avtobus dərəyə yuvarlanıb. Yerli məmurlar bildirib ki, qəza sürücünün məsuliyyətsizliyindən baş verib.