Yuxarı

Nepalda daşqınlar və torpaq sürüşmələri səbəbindən 17 nəfər ölüb

Nepalda daşqın və torpaq sürüşmələri baş verib, ölənlər var

Nepalda leysan yağışlarının meydana gətirdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb.

“Report” “Setopati” nəşrinə istinadən xəbər verir ki, 7 nəfərin xəsarət aldığı, daha yeddi nəfərin isə itkin düşdüyü bildirilir.

Təbii fəlakətin 20 bölgəni əhatə etdiyi qeyd olunur. Ölkənin Daxili İşlər Nazirliyi çay kənarlarında yaşayan əhalini daha təhlükəsiz yerlərə sığınmağa çağırıb.

“Xinhua” xəbər verir ki, torpaq sürüşmələri nəticəsində azı 500 ev dağılıb, ölkənin Şərq-Qərb avtomobil magistralı isə daşqınlar üzündən bağlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi