​Nepalda ABŞ-a məxsus hərbi vertolyot yoxa çıxıb

​Nepalda ABŞ-a məxsus hərbi vertolyot yoxa çıxıb Hava gəmisinin göyərtəsində səkkiz nəfər olub
Digər ölkələr
13 May , 2015 00:28
​Nepalda ABŞ-a məxsus hərbi vertolyot yoxa çıxıb

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın Dəniz Piyadaları Korpusuna məxsus vertolyotun Nepalda zəlzələdən zərər çəkənlərə yardım göstərən zaman qəzaya uğradığı ehtimal edilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Sakit okean Komandanlığı məlumat verib.

Məlumata görə, vertolyot ilə əlaqə itib.

Hava gəmisinin göyərtəsində səkkiz nəfər olub - altı dəniz piyadası və iki nepallı.

"UH-1Y Huey" vertolyotu zəlzələdən zərər çəkənlərə yardımın çatdırılması üzrə əməliyyatlarda iştirak edib.

Son xəbərlər

Orphus sistemi