Bakı. 28 noyabr. REPORT.AZ/ Nepalda 5,4 bal gücündə zəlzələ baş verib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Honkonqun Meteoroloji Rəsədxanası məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Katmand şəhərindən 115 kilometr şərqdə qeydə alınıb. Zəlzələ ocağının dərinliyi haqda məlumat verilmir.
Dağıntı və tələfat haqda xəbər yoxdur.