Nepal​ sakini zəlzələdən 60 saat sonra dağıntılar altından xilas edilib

Nepal​ sakini zəlzələdən 60 saat sonra dağıntılar altından xilas edilib 20 yaşlı gənc Nepal, Çin və Türkiyədən olan xilasedicilər qrupu tərəfindən aşkar edilib
Digər ölkələr
29 Aprel , 2015 11:43
Nepal​ sakini zəlzələdən 60 saat sonra dağıntılar altından xilas edilib

Bakı. 29 aprel. REPORT.AZ/ Nepal sakini zəlzələdən 60 saat keçdikdən sonra ölkənin paytaxtı Katmanduda 7 mərtəbəli yaşayış binasının dağıntıları altından xilas edilib. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

20 yaşlı gənc Nepal, Çin və Türkiyədən olan xilasedicilər qrupu tərəfindən aşkar edilib.

Bir müddət əvvəl Katmanduda 5 mərtəbəli binanın dağıntıları altına 30 saat ərzində orada qalan qadın xilas edilib. Nepal sakini Sunita Sitaula xəsarət almayıb və hazırda öz ailəsi ilə birgə müvəqqəti sığınacaqların birində qalır. Onun həyat yoldaşı və 2 oğlu bina uçmağa başladığı anda evdən çıxmağa müvəffəq olub. "Mənə elə gəldi ki, başqa planetdəyəm", - qadın jurnalistlərə deyib. 

Son xəbərlər

Orphus sistemi