Nensi Reyqan 94 yaşında vəfat edib

Nensi Reyqan 94 yaşında vəfat edib Xanım Reyqan ürək çatışmazlığından vəfat edib
Digər ölkələr
6 Mart , 2016 22:24
Nensi Reyqan 94 yaşında vəfat edib

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-ın sabiq birinci xanımı Nensi Reyqan Kaliforniyadakı evində, 94 yaşında vəfat edib. "Report" "Amerikanın səsinə" istinadən xəbər verir ki, Los-Angeles şəhərinin Bel Air ərazisində yaşayan xanım Reyqan, ürək çatışmazlığından vəfat edib.

Onun Ronald Reyqan ilə 52 il davam edən evliliyi vaxtilə ABŞ prezidentliyinin ən böyük romanı kimi təsvir edilmişdi.

1981-ci ildən 1989-cu ilədək o, ABŞ tarixinin ən nüfuzlu birinci xanımlarından olub. Əvvəla onu Ağ Evin bahalı remontuna görə tənqid etsələr də, daha sonra çoxu ona hörmət edib.

Nensi Reyqan həyat yoldaşının yanında, Kaliforniyada yerləşən Ronald Reyqan prezident kitabxanasında dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi